Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin oktyabrında HƏMAS-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb.
Musavat.com ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani məlumat verib.
"Oktyabrın 7-dən sonra biz İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur", - deyə nazir bildirib.
Qeyd olunub ki, XİN rəhbərinin bəyanatı İtaliya Demokrat Partiyasının lideri Elli Şleynin Yaxın Şərq münaqişəsini alovlandırmamaq üçün yəhudi dövlətinə silah göndərməmək çağırışları fonunda verilib.
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ