Onlayn ictimai-siyasi qəzet
Türkiyədə tanınmış landşaft memarı Ece Gürel itkin düşüb.
Musavat.com "Hürriyet"e istinadən xəbər verir ki, Gültəpə məhəlləsi Kağıthanedə yaşayan 35 yaşlı memar evdən çıxıb və bir daha ondan xəbər alınmayıb.
2 gündür xəbər alınmayan E. Gürelin axtarışları gecə saatlarında Belqrad meşəsində davam etdirilib.
Axtarış işləri davam edərkən bölgədəki qruplara kömək etməyə çalışan Ece Gürelin əri Sezer Gürel jurnalistlərə açıqlama verib:
"Saat 11.30 radələrində evdən çıxdı, 14.00 radələrində ailəsi ona zəng vurub, lakin əlaqə saxlaya bilməyib. Saat 15.00 radələrində zəng etdim, telefon işləyirdi, amma cavab vermirdi. Telefonu saat 18.00-a qədər açılmadı, sonra tamamilə söndü. Anası dedi ki, təmiz hava almaq üçün Hacıosmandakı şəhər meşəsinə gedəcəkdi. Ona görə də diqqətimizi buna yönəltdik və mən ora getdim. Sonuncu dəfə qar yağanda işində problem yaranmışdı. Məzuniyyətə çıxmışdı, işə getmədiyi gün mübahisə düşüb, Ece istefa verəcəyini dedi".
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ