İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məşhur binadakl dubleks mənzil 51 milyon dollara satışa çıxarıldı - FOTOLAR

Musavat.com xəbər verir ki, dünyanın ən hündür binası olan Burj Khalifanın 107 və 108-ci mərtəbələrində yerləşən eksklüziv çatı mərtəbəsi satışa çıxarılıb. 51 milyon dollara satışa çıxarılan bu ultra lüks dubleks, buludların üstündəki sığınacaq olaraq təqdim olunur.

21 min kvadrat fut sahəyə malik mənzildə özəl lift, üzgüçülük hovuzu və 12 maşınlıq dayanacaq mövcuddur. Mənzilin pəncərələri 360 dərəcə çöl və dəniz panoramasını əhatə edir. Gün doğumu və gün batımı zamanı təqdim etdiyi mənzərə isə sosial şəbəkələrdə viral hal alıb. 

Screenshot_4.png (894 KB)

Invest Dubai Real Estate şirkətinin rəhbəri Asad Khan bildirib ki, bu mənzil dünyanın ən məşhur şəxslərinin diqqətini cəlb edib: “Əgər bu evin sahibi amerikalı olsa, təəccüblənmərik. İş adamları, Hollivud ulduzları və idman dünyasının tanınmışları ilə danışıqlar aparırıq.” 

Screenshot_6.png (927 KB)

Qeyd edək ki, mənzilin hazırkı sahibi onu 2020-ci ildə Burj Khalifa-nı inşa edən Emaar Properties şirkətinin qurucusu Mohamed Alabbardan alıb. Lakin hazırda sahibkar bu mənzili yenidən qurmaq üçün vaxtının olmadığını deyərək satmaq qərarına gəlib. 

Screenshot_2.png (797 KB)

Dünyanın ən bahalı mənzili deyil

Bu mənzil Burj Khalifa-nın ən bahalı hissəsi olsa da, Dubay üzrə ən bahalı mənzil hesab olunmur. Şəhərdə bu günə qədər satılmış ən bahalı ev Como Residencedə yerləşən və 136 milyon dollara satılmış çatı mənzili olub. 

Screenshot_3.png (703 KB)

Ən hündür ev haradadır?

Əgər bu mənzil dünyanın ən hündür konutu kimi təqdim olunsa da, bu titul Nyu-Yorkun Central Park Tower binasında yerləşən və 1,416 fut hündürlüyü olan mənzilə aiddir. Burj Khalifa-nın yuxarı mərtəbələrində isə əsasən texniki və kommersiya sahələri yerləşir. 

Screenshot_5.png (926 KB)

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR