Onlayn ictimai-siyasi qəzet
“Son dövrlərdə demək olar ki, bütün sahələrdə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesi ikitərəfli formatda həyata keçirilir”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan danışıb.
“Kommunikasiyaların açılması məsələsinin həlli Rusiyanın iştirakı olmadan, ikitərəfli formatda mümkündürmü?” sualına Papoyan belə cavab verib:
“Sualınızın Xarici İşlər Nazirliyinə ünvanlanması daha düzgün olardı, lakin fikrimcə, ikitərəfli format özünü doğruldur və artıq öz nəticələrini verməkdədir. Ən azı 1 nəticə var (ikitərəfli formatda). Digər formatlara gəlincə, nəzərə almaq lazımdır ki, üçüncü tərəf istəsə də, istəməsə də öz maraqları olan müzakirələrdə iştirak edəcək. Siz indi konkret bir ölkənin adını çəkirsiniz, amma mən deyirəm ki, istənilən ölkə belə edərdi. Deyilənlərin mahiyyəti ondan ibarətdir ki, ikitərəfli format effektivliyini nümayiş etdirib, ona görə də biz eyni formatda işi davam etdirməyə çalışmalıyıq”.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ