İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il hər yerdə birinci o oldu - VİDEO

Xalq artisti Aygün Kazımova 2024-cü ilə hitlə başladığı kimi birinciliklə də son qoyub. 

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, Pop kraliça ilboyu təqdim etdiyi mahnılarla gündəmi zəbt edib.

Diva ilin əvvəlində "Bilmək olmaz" mahnısını sevənlərinin ixtiyarına verib. Klipi Türkiyədə lentə alınan ekran işi yutubda 17 milyondan çox izlənmə sayı toplayıb. Mahnı aylarla dijital platformalarda birinci olub. 

Kazımovanın il ərzində ən çox sevilən növbəti mahnısı "Sağ-salamat" olub. Ad günündə sevənlərinə sürpriz edən müğənni mahnı üçün klip də çəkdirib. 8,6 milyondan çox izlənən mahnın klipi Kazımovanın fərqli obrazları ilə yadda qalıb. 

Aygün Kazımovanın il ərzində ən çox sevilən və hər yerdə izlənmə rekordu qıran mahnısı isə "S.O.S" olub. Pop kraliçabu klipdə bir ilkə imza ataraq "Vogue" tərzi rəqsə müraciət edib. Mahnı balacadan böyüyə hər kəsin dilində əzbər olub. Hətta "S.O.S" Azərbaycan sərhədlərini aşıb. Bir çox Avropa ölkəsində, Türkiyədə yutuberlər və blogerlər mahnını analiz edib, video çəkiblər. Hazırda "S.O.S" yutubda 32 milyon izlənilib.

İlin sonuna yaxın Diva Kazım canla oxuduğu "1" duetini təqdim edib. Mahnı qısa zamanda trendə düşüb və 3 milyon izlənilib. 

Kazımova bir neçə gün sonra isə "Can ol" adlı ritmik mahnısını təqdim edib. Mahnı qısa zamanda sevilib, TikTokda minlərlə video çəkilib. Yutubda isə dinləmə sayı 4 milyonu keçib. 

Pop kraliçanın il boyu yaratdığı obrazlar, verdiyi anşlaqlı konsertlər də günlərlə gündəmdən düşməyib. Kazımovanın "Dream Fest"dəki çıxışı isə günlərlə medianın gündəmində olub. O, bir neçə fərqli obrazda səhnəyə çıxıb. Kazımova həmin gün libaslarına 25 044 manat xərcləyib. 

Bu gün də Aygün Kazımova "Apple Music" Azərbaycanda Top 100-lükdə birinci yerdədir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR