İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu içkilər yaşlılar üçün təhlükəlidir

Dietoloq, tibb elmləri doktoru, professor Mixail Qinzburq yaşlılar üçün arzuolunmaz içkilərdən danışıb. AzVision.az xəbər verir ki, o, spirtli içkiləri bu kateqoriyadan olan insanlar üçün ən təhlükəli içki adlandırıb.

Onun sözlərinə görə, alkoqol ürəyin işini sürətləndirdiyi və oksigenə olan tələbatını artırdığı üçün xüsusilə zərərlidir.

"Əgər ürək adətən yaşlılarda müşahidə olunan aterosklerozdan təsirlənirsə, belədə damar zədələri, xüsusən də infarkt riski kəskin şəkildə artır", - professor alkoqolun zərəri barədə danışıb.

Mütəxəssis spirti qocalmanı ləngidən yaşıl çayla əvəz etməyi, həmçinin faydalı maddələrlə zəngin giləmeyvə, meyvə içkiləri içməyi məsləhət görür. Qinzburq qeyd edib ki, meyvə içkilərinin tərkibində şəkər olmamalıdır, çünki şəkər tərkibli içkilər də yaşlılar üçün təhlükəlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR