İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu içki mədə üçün TƏHLÜKƏLİDİR

Sağlamlıq eliksiri hesab edilən limonlu su mədəni xəstə edə bilər.

Qastroenteroloq Rustam Sadıkov populyar içkinin zərərindən danışıb.

“Səhər acqarına və ya yatmazdan əvvəl limonlu ilıq su içmək mədə şirəsi sekresiyasını çoxaldır, içkidə olan limon turşusu boş mədəyə düşdükdə selikli qişanı zədələyir. Bundan başqa, bu içki zülal mənimsənilməsini pozur.

Hər gün limonlu su içmək qida borusu və boğazın da incə selikli qişasını aşılayır, qıcıqlanma, qızarma və öskürəyə səbəb olur. Mədə, 12 barmaq xorası, qastriti olana limonlu su olmaz. Mədənin sağlamlığını və tamlığını qorumaq üçün qələvi təsirli qidalar seçin: banan, avokado, badam südü, kartof və s”, - həkim bildirib. (Medicina)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR