Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar bu həftəsonu İran ərazisinə kütləvi hava zərbələri endirməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, məlumatı Pulitzer mükafatlı amerikalı jurnalist Seymur Herş Vaşinqtondakı mənbələrə və İsrail insayderlərinə istinadən yayıb.
Herşin sözlərinə görə, əməliyyat genişmiqyaslı bombardmanları əhatə edəcək. Jurnalistin məlumatı dəqiqləşdirdiyi Vaşinqtonda yüksək rütbəli məmurlardan biri deyib ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei “vəzifəsini tərk edərsə” “hər şey nəzarət altında olacaq”. Eyni zamanda Herşin yazdığına görə, "əgər onun aradan qaldırılması yolu ilə deyilsə" bunun necə baş verə biləcəyi aydın deyil: "Amerikanın zərbəsinin gücü və İran daxilində nəzərdə tutulan hədəflər haqqında çox danışılır, lakin mənim bildiyimə görə, milyonlarla tərəfdarı olan dini liderin necə məhv edilməsi ilə bağlı hələ dəqiq plan yoxdur".
Musavat.com
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ