İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün bu ərazidə qaz olmayacaq

Bu gün “Mehdiabad” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Bu barədə Musavat.com-a “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Digah-Novxanı” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 4 oktyabr tarixində saat 10:00-dan işlər başa çatanadək “Mehdiabad” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR