Onlayn ictimai-siyasi qəzet
Xəzər dənizində sahilə yaxın ərazidə görünən suiti burada çimənlərə çətin anlar yaşadıb.
Suiti yaxınlıqda çimən 2 nəfəri təşvişə salıb. Hadisənin Buzovna çimərliyində baş verdiyi bildirilir.
Xatırladaq ki, bu, dənizdə yaşanan ilk hal deyil. Daha əvvəl də bənzər mənzərə ilə qarşılaşanlar olub.
Ekoloq Sadiq Həsənov "Xəzər Xəbər"ə deyib ki, dənizdə suiti görmək təbii haldır.
Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov isə bildirib ki, suitilər əsasən adalarda məskunlaşırlar və əksər hallarda sahilə yaxınlaşmırlar. Lakin onların sahildə görünməsi insanlarda təşviş yaratmamalıdır.
Süleyman Süleymanov əlavə edib ki, suitilərdə quduzluq xəstəliyi müşahidə edilmir. Onların dəniz canlıları ilə qidalandıqlarını nəzərə alsaq, sahilə yaxınlaşanda qorxmağa ehtiyac yoxdur.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ