İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gecəki qorxunc hadisə belə baş verib - AÇIQLAMA

Bu gecəki qorxunc hadisə belə baş verib - AÇIQLAMA

Musavat.com Bizim.Media-ya istinadən xəbər verir ki, Saatlı şəhərində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Hadisə 4 iyun, gecə saat 01:00 radələrində Saatlı şəhəri, Axundov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu aralarında yaranmış mübahisə zamanı xalasının əri, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğlunu yaşadıqları evdə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Sərxoş olan E. İsmayılov hadisə yerində keçinib. Məlumata görə, K.Nərimanzadə uşaqlıqdan anasını itirdiyi üçün xalasının himayəsində yaşayıb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR