Onlayn ictimai-siyasi qəzet
1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində ermənilər tərəfindən törədilən qətliam bu gün də həmin kəndin sakinlərinin yaddaşından silinməyib. Erməni cəlladların, xüsusən də Vaqif Xaçatryanın dəstəsi Meşəlidə sakinlərə olmazın işgəncələr verib, insanlığa sığmayan qətliam və vəhşiliklər törədiblər.
Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getməyə çalışarkən "Laçın" nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Oktyabrın 13-dən isə Meşəli kənd sakinlərinin kütləvi qətlində iştirak etməkdə ittiham olunaraq Bakıda cinayət işi üzrə məhkəmə prosesinə başlanıb.
Qeyd edək ki, Meşəliyə ermənilərin hücumu zamanı kəndin 25 sakini şəhid olub, 14 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alaraq sağlamlığını itirib.
Şəhid Xəlil Kazımovun ailəsi də Meşəli kəndində baş verənlərin canlı şahididir. "TV Müsavat" şəhidin evində onun ailəsi ilə həmsöhbət olub.
Musavat.com həmin videomaterialı təqdim edir:
Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ