Onlayn ictimai-siyasi qəzet
Bəzi insanlar sevgili olub evlənsələr belə başqaları ilə flört etməyi dayandıra bilmirlər. Onlar birinə bağlanmaqda və sadiqlik göstərməkdə çətinlik çəkirlər. Daima axtarışda olan belə insanlarla sevgili olmazdan əvvəl 2 dəfə düşünmək lazımdır.
Ən şorgöz bürcləri sizə təqdim edirik:
Əkizlər
Əkizlər yeni insanlarla tanış olmağı və yeni mühitlərdə olmağı sevir. Bu, son dərəcə ünsiyətçil və sosial bürcdür. Əkizlər bürcü xüsusilə məlumatlı və xoş söhbət edən insanları gördükdə özlərini ələ ala bilmirlər.
Tərəzi
Tərəzilər öz gözəlliklərini və geyimlərini çox sevirlər. Adətən ən gözəl və yaraşıqlı insanlar tərəzi bürcündən çıxır. Tərəzi bürcü və ya yüksələni tərəzi olanlar uzunmüddətli əlaqələrdən çox asanlıqla sıxılırlar. Bu səbəbdən də tərəzilər ciddi münasibət adamı deyillər.
Oxatan
Astrologiyanın ən səyyah bürcü olan oxatan heç vaxt yerində dayana bilməz. Onlar yeni yerlər görməyi və yeni insanlarla tanış olmağı sevirlər. Oxatanlar münasibətlərdə monotonluqdan çox sıxılırlar. Bu səbəbdən də eyni partner onlara yorucu gələ bilir. Bu xüsusiyyətlərinə görə oxatanlar şorgöz bürclər siyahısına daxil olurlar.
Qoç
Qoç bürcləri enerjili xarakterləri ilə hər kəsin diqqətini çəkir. Bir mühitə girdiyiniz zaman dərhal qoç bürclərini görürsünüz. Qoç bürcü bir yerdə dayana bilməz. O, həmişə fərqli mühitlərdə olmaq istəyir. Qoçlar da yeni insanlarla tanış olmağı sevirlər. Qoç bürcü son dərəcə sərbəst ruhludur. Bir şəxslə əlaqə qurmaqda çətinlik çəkirlər.//BAKU.WS
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ