İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbolçu İsraildə “ilişib qaldı” - Bal ayına gedə bilmirlər

Londonda çıxış edən “Tottenhem” klubunun futbolçusu Manor Solomon hazırda İsraildə qalıb və geri dönə bilmir.

Musavat.com xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Futbolçunun İsraildə qalmasının səbəbi şəxsi həyatındakı mühüm hadisə ilə bağlıdır: Solomon bir neçə gün öncə sevgilisi Dana Voşina ilə evlənib və cütlük bal ayına yollanmağa hazırlaşırdı. Lakin 13 iyun gecəsi İsrail və İran arasında baş verən hərbi qarşıdurma səbəbilə İsrailin hava məkanı mülki aviasiya üçün bağlanıb. Bu da onların ölkədən çıxışını qeyri-mümkün edib.

London klubu məsələ ilə bağlı açıqlama yayıb:

“Bütün oyunçularımızla onların təhlükəsizliyi və rifahı barədə daim əlaqə saxlayırıq”.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı xəbərdarlıq edib. İsrail “qırmızı siyahı”ya salınıb və vətəndaşlara bu ölkəyə səfər etməmələri tövsiyə olunub.

25 yaşlı Manor Solomon İsrail milli komandasında 43 oyun keçirib, 7 qola imza atıb. O, 2024/2025 mövsümünü İngiltərənin “Lids Yunayted” klubunda icarə əsasında keçirib.

Qeyd edək ki, 13 iyun gecəsi İsrail Hərbi Hava Qüvvələri İranın bəzi nüvə obyektlərinə hava zərbələri endirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR