İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisanın Qəzzada açdığı çörəkxana bombalandı

Türkiyəli aktrisa Qamze Özçelikin "Umuda Koşanlar" dərnəyi olaraq Qəzzada tikdirdiyi çörək sexinin biri dağıdılıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özçelik və dərnəyinin üzvlərinin mülki insanlara hər gün təzə çörək payladıqları çörəkxana İsrail tərəfindən bombalanıb.

Aktrisa bu haqda sosial mediada paylaşım edib. O bildirib ki, bundan sonra da əllərindən gələni edəcəklər:

"İsrailin hücumları nəticəsində çörək sexlərimizdən birinin bombalandığını və çörək sexində çalışan 3 qardaşımızın şəhid olduğunu öyrəndik. Qəzzada şəhid olan bütün qardaşlarımıza bir daha Allahdan rəhmət diləyirik.

Biz kədərlənirik, biz də çarəsizik. Əlimizdən gələni etməyə davam etsək də, bundan artığını edə bilmədiyimiz üçün utanırıq".

Qeyd edək ki, Qamze Özçelik Türkiyədə aktrisa və model kimi fəaliyyət göstərib. O, “Arka sokaklar” serialı ilə populyarlıq qazansa da, bir müddət sonra sənəti tərk edib. Özçelik hicaba keçərək xeyriyyə işləri görməyə başlayıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR