İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanıda tibb işçilərinin peşə bayramı qeyd olundu

İyunun 17-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev rayonun səhiyyə işçilərini 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.

Tədbirdə RİHB-nin müavinləri və şöbə müdirləri, tibb işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra RİH-in konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

RİH başçısı Adil Əliyev tədbirdə çıxış edərək çətin və şərəfli peşənin sahibləri olan tibb işçilərinə uğur və müvəffəqiyyətlər arzulayıb. Həmçinin qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətlərdən yüksək səviyyədə yararlanırlar. 

Daha sonra çıxış edən 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sənan Əliyev və Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi  Ziyafət Tağıyeva göstərilən diqqət və qayğıya görə başda ölkə başçısı cənab İlham Əliyev olmaqla rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunublar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR