İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ankaraya gedir: Ərdoğanın qapısını döyəcək – RƏSMİ TƏSDİQLƏNDİ

Cənubi Qafqazda gərgin geopolitik proseslərin fonunda Ermənistanın baş naziri Nikol Paşinyan 20 iyun tarixində Ankaraya rəsmi səfər edəcək.

Musavat.com xəbər verir ki, bu haqda “24News” yüksək diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbəyə görə, Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşün əsas mövzusu Ermənistan-Azərbaycan münasibətləri, eləcə də Ermənistan-Türkiyə əlaqələrinin normallaşma prosesi olacaq.

Əldə edilən məlumata görə, danışıqların mərkəzində Bakı ilə mümkün “sülh sazişi”nin müzakirəsi dayanacaq. İki ölkə arasında gərgin keçmişə malik münasibətlərin normallaşdırılması və sülh razılaşmasının imzalanması məsələsində Ankara əsas vasitəçi rolunda çıxış edir.

24News bildirir ki, bu istiqamətdə gündəmdə olan bəzi əhəmiyyətli detalları yaxın günlərdə açıqlayacaqlar.

Qeyd edək ki, səfərdən öncə Paşinyan Ərdoğana zəng edərək onu və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etmişdi. Bu diplomatik jest Ankaraya səfərin anonsu və fon diplomatiyasının bir hissəsi kimi qiymətləndirilir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan da Paşinyanın Ankara səfərini rəsmi şəkildə təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR