İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu bölgələrin Rusiyaya daxil olmasını heç vaxt tanımayacağıq!” - Danimarka XİN

“Danimarka “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsi heç vaxt tanımayacaq!” .

Azpost.info xəbər verir ki, bunu Danimarka Xarici İşlər Nazirliyi bəyan edib.

XİN məsələ ilə bağlı Rusiya səfiri Vladimir Barbini nazirliyə çağırıb. Səfir Danimarka Xarici İşlər Nazirliyinin xarici siyasət departamentinin rəhbəri Eppe Kufuda tərəfindən qəbul olunacaq.

Kufuda bildirib ki, “LXR”, “DXR”, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlar heç bir legitimliyə malik deyil, beynəlxalq hüquqa və Danimarkanın müdafiə etdiyi bütün dəyərlərə ziddir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR