İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ay Ukraynaya hərbi yardım dayandırılır? – Çəkişmə başladı

ABŞ-ın Respublikaçılar Partiyasında Ukraynaya müxtəlif yardımların davam edib-etməməsinə yönəlik fikir ayrılıqları güclənir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazır.

Nəşr göstərir ki, partiyadaxili çəkişmələr Nümayəndələr Palatasındakı respublikaçı azlığın lideri Kevin Makkartinin partiyası qələbə qazanacağı təqdirdə Kiyevə yardımın azaldılması təşəbbüsü ilə çıxış edəcəkləri açıqlaması fonunda yaranıb.

Qəzetin yazdığına görə, son bir neçə həftə ərzində Respublikaçılar Partiyasının üzvləri arasında Ukraynaya Amerika pullarının göndərilməsi ilə bağlı müxalif fikir güclənib.

“Respublikaçıların sıralarında nadir parçalanma yaranıb, onlar Konqresdə səs çoxluğu əldə etsələr, bu, daha açıq mübarizəyə çevrilə bilər”, – nəşr yazır.

Qəzet bildirir ki, ötən həftə bir qrup respublikaçı senator Demokratlar Partiyasının Rusiyanın aktivlərinin müsadirəsi nəticəsində əldə edilən vəsaitlərin Ukraynaya göndərilməsi təklifinə qarşı çıxıb. Bir çox respublikaçı hesab edir ki, bu pulların ABŞ-ın özünün problemlərinin həllinə yönəldilsə, daha sərfəli olardı. Partiyanın sıralarında Ukraynaya yardımı tamamilə dayandırmağa çağıran siyasətçilər də var.

Bundan əlavə, respublikaçıların arasında Konqresə aralıq seçkilərindən sonra Ukraynaya yardımı davam etdirəcəklərini və bəzi hallarda hökuməti bu ölkəyə daha çox kömək etməyə çağıran siyasətçilər də az deyil.

Qəzetin yazdığına görə, respublikaçıların sıralarında parçalanma Ukraynanı dəstəkləyən Qərb ölkələrinin koalisiyasını birləşdirməyə çalışan ABŞ Prezidenti Co Bayden üçün problem yarada bilər. Demokratlar Partiyasının nümayəndələri və bəzi respublikaçılar hesab edirlər ki, Ukraynaya yardıma olan şübhə Respublikaçılar Partiyasının Baydenə müxalifətdə olmaq istəyi ilə bağlıdır.

“Respublikaçıların Ukraynaya qarşı soyuq münasibəti əslində onların Co Baydenə nifrətindən qaynaqlanır. Çünki əvvəllər respublikaçılar da Ukraynanı dəstəkləməyə hazır idilər, amma Bayden Ukraynanı müdafiə edərək özünə daha müsbət imic qazanır və ona olan münasibət də Ukraynanın müdafiəsi ilə əlaqələndirilir. Bu da respublikaçıların fikirlərini dəyişməsinə səbəb olur, çünki onlar hər hansı məsələdə Co Baydenlə eyni tərəfdə olmağa dözə bilmirlər”, - demokrat senator Kris Mörfi deyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR