Onlayn ictimai-siyasi qəzet
Bəşər Əsəd rejimi devriləndən sonra Suriya paytaxtı Dəməşqin mərkəzindəki Əməvilər Meydanında yüzlərlə suriyalının iştirakı mitinq keçirilib.
Musavat.com bildirir ki, mitinqçilər Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaara (Colani) adminstrasiyasının rəsmi sözçüsü Obaida Arnaoutun fikirlərinə etirazılarını bildiriblər.
Çıxışçılar hərbçilərdən uzaq sivil idarəçilik, qadınların yeni hakimiyyətə qatılma haqqına məhdudiyyətlər qoyulmaması tələbləri ilə çıxış ediblər. İslamlaşmadan və dini meyllərdən uzaq demokratik vətəndaş dövlətinin qurulmasını, suriyalılara dini məhdudiyyətlər qoyulmaması tələbləri səsləndirilib.
Suriyanın bütün məzhəb və millətlərdən olan suriyalılar üçün var olduğunu, hər bir suriyalının öz səlahiyyətlərindən istifadə etmək hüququna malik olduğunu vurğulayıblar.
Suriyanın yeni siyasi adminstrasiyasının rəsmi sözçüsü Obaida Arnaoutun bir neçə gün əvvəl Livanın “Əl-Jadeed” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər nümayişçiləri hiddətləndirib.
Obaida Arnaout açıqlamasında “bütün işlərlə, məsələn, Müdafiə Nazirliyi sistemində qadının vəzifəyə gətirilməsi onun varlığı, bioloji və psixoloji mahiyyəti ilə uyğun gəlmir...” deyib və bu, sosial şəbəkələrdə geniş müzakirələrə, etirazlara səbəb olub.
Arnaoutun “Qadınların nazirlik və parlament vəzifələrində təmsil olunmasına gəlincə, biz görürük ki, bu məsələnin hazırda müzakirəsi tezdir və bu məsələ də hökumətin formasını yenidən nəzərdən keçirəcək hüquq və konstitusiya mütəxəssislərinin öhdəsinə buraxılıb. Yeni Suriya dövlətində qadınlarla bağlı heç bir qorxu olmayacaq” deməsi də hiddət dolu etirazları səngitməyib.
Bundan başqa Arnaout qeyd edib ki, “hicabın nə xristian komponentinə, nə də başqa bir komponentə tətbiqi olmayacaq, çünki bu məsələlər mübahisə mövzusu deyil və insanlar azaddır”.
Tanınmış suriyalı fəal Heba Əl-Qull Arnaouta sərt cavab verib və onu köhnəlmiş və repressiv fikirləri davam etdirməkdə ittiham edib. Əl-Qull suriyalı qadınların siyasətə, cəmiyyətə və orduya tarixi töhfələrini vurğulayıb.
“Cənab spiker, qadınları istənilən vəzifədən, hətta Suriya Respublikasının prezidentliyindən də çəkindirmək üçün əsas kimi “bioloji tərkibə” istinad etməyə nə haqqınız var?
Əl-Qull Suriyanın qadın liderləri, o cümlədən Zenobia, İştar və Julia Domna kimi xadimlərin, eləcə də erkən Suriya ordusunda mühüm rol oynamış kapitan Nazik əl-Abed və Alice Kandelft kimi müasir liderlərin olduğunu vurğulayıb. Əl Qull məktubunda qadınların rollarını məhdudlaşdırmağa haqq qazandırmaq üçün Arnaoutun dini arqumentlərə istinad etməsini də rədd edib. O, İslam tarixindən xəlifə Ömər ibn əl-Xəttab tərəfindən ilk qadın vəzir təyin edilən Əş-Şifa bint Abdullah və geniş biliyi və nüfuzu ilə məşhur olan Aişə bint Əbu Bəkr kimi tarixi nümunələrin olduğunu xatırladıb: “İslam qanunlarına müraciət etmək niyyətindəsinizsə, liderlik və idarəçilik rollarını qadınlara həvalə edən sələflərimizin mirasına yenidən baxmalısınız. Müqayisə üçün qeyd edək ki, sizin fikirləriniz həm repressivdir, həm də İslam prinsiplərindən uzaqdır”.
Bu arada, Co Bayden administrasiyası yaxın günlərdə Ukraynaya 1,2 milyard dollarlıq son yardım paketini açıqlayacaq. “Röyters” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, yardım paketinə zenit raketləri və döyüş sursatları daxil olacaq.
“Rusiya qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisinə qarşı terror aktına cavab olaraq Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdəki idarəetmə mərkəzinə zərbələr endirib”. Politoloq İqor Korotçenko belə deyib.
“Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarət məntəqəsinə zərbə təbii ki, Ukrayna xüsusi xidmətinin hazırladığı və general-leytenant Kirillovu öldürmək üçün həyata keçirilən əməliyyata cavabdır. Bu təcrübə düzgündür, beynəlxalq hüquq normalarına, ən əsası isə Rusiya vətəndaşlarının qisas tələblərinə uyğundur”, - o bildirib.
Rusiya ordusu Kiyev hakimiyyətinin Rostov vilayətinə hücumuna cavab olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin idarəetmə mərkəzinə, “Luç” konstruktor bürosuna və “Patriot” hava hücumundan müdafiə sisteminin mövqeyinə zərbələr endirib.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə böhran zonalarını müzakirə edir.
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ