İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Rusiyada yaşayış binasında GÜCLÜ PARTLAYIŞ - NATO Rusiya sərhədinə GİRDİ

Rusiyanın Perm vilayətinin Kizel şəhərindəki yaşayış binasında partlayış baş verib.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Partlayış nəticəsində yaralıların olduğu bildirilir.

Perm vilayətinin qubernatoru Dmitri Maxonin sakinlərin təxliyə olunduğunu deyib.

Onun sözlərinə görə, partlayışa qaz sızması səbəb olub.

Finlandiyanın Rusiya ilə sərhəd yaxınlığındakı Mikkeli şəhərində NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.

Bu barədə “İltalehti” qəzeti məlumat yayıb.

Məlumata görə, müvafiq qərar yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, dünən Finlnadiyanın öz ərazisində NATO qoşunlarını yerləşdirmək məqsədilə alyansın bir neçə üzvü ilə danışıqlar aparması barədə məlumat yayılmışdı.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Qədir Aslanla müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR