Onlayn ictimai-siyasi qəzet
Bəzi bürclər diqqət mərkəzində olmağı sevirlər və bu xüsusiyyətləri geyim tərzlərinə də əks olunur.
Musavat.com hər zaman iddialı, parlaq və seçilən geyim tərzi ilə ön planda olan 4 bürcü təqdim edir:
Şir
Şirlər diqqət mərkəzində olmağı sevirlər. Bu xüsusiyyətləri geyim seçimlərinə də əks olunur. Onlar üçün geyim həm özünə inamın, həm də sosial statusun nümayişi deməkdir. Hər zaman ən dəbli, ən cazibədar olmaq Şirlərin əsas məqsədidir.
Tərəzi
Estetik duyumu güclü olan Tərəzilər harmoniyaya və zərifliyə önəm verirlər. Geyim tərzləri də bu baxımdan seçilir – lakin zəriflikləri çox vaxt göz qamaşdıran detallarla tamamlanır. Parıltılı parçalar, diqqətçəkici aksesuarlar, brend məhsullar və zövqlə seçilmiş kombinlər onların əsas silahıdır. Tərəzilər üçün məqsəd bəzənmək deyil, zərif və səviyyəli bir tərzlə heyranlıq oyatmaqdır.
Oxatan
Sərbəst və macəraçı ruhlu Oxatanlar geyimdə də sərhəd tanımazlar. Cəsarətli rənglər, etnik naxışlar, fərqli üslubların qarışımı və orijinal aksesuarlar onların üslubunu əks etdirir.
Oxatanların məqsədi standartlardan kənara çıxmaq və öz fərdiliyini nümayiş etdirməkdir.
Oğlaq
Klassik üsluba üstünlük verən Oğlaqlar ilk baxışda diqqət çəkməyə çalışmır kimi görünsələr də, əslində yüksək keyfiyyətli və bahalı geyimlərə meyillidirlər. Tanınmış brendlərə məxsus geyimlər onların seçimi olur. Məqsəd sadəcə dəb deyil, eyni zamanda nüfuz və zövqü səssiz şəkildə göstərməkdir.
Bu bürclər üçün geyim sadəcə ehtiyac deyil, həm də özlərini ifadə etməyin yoludur.
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ