İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına BAŞLADI

Leyboristlər Partiyasının lideri Keir Starmer Kral III Çarlzla görüşdən sonra rəsmi olaraq Böyük Britaniyanın yeni Baş naziri olub.

AZƏRTAC xəbər verir ki, Britaniyadakı formal prosesə əsasən keçmiş Baş nazir Rişi Sunak bu gün istefasını Kral III Çarlza təqdim edib. Daha sonra Keir Starmer Kral III Çarlzla görüşüb və kabineti formalaşdırmaq mandatı alaraq, Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, parlament seçkilərində üstünlük qazanmaq istəyən partiyaya ən azı 326 yer lazım idi. Leyboristlər Partiyası hazırda parlamentdə 412 yerə sahibdir. Sadəcə iki seçki dairəsinin nəticələri açıqlanmayıb. İndiki nəticələrə görə, Mühafizəkarlar Partiyası parlamentdə 121 yer qazanıb. Bununla da Britaniyada mühafizəkarların 14 illik hakimiyyətinə son qoyulub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR