İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın kəşfiyyat asılılığı ifşa olundu – ABŞ olmasa, London “kor” qalır

Musavat.com xəbər verir ki,  "Politico" nəşri Böyük Britaniyanın ABŞ-dan kəşfiyyat sahəsində ciddi şəkildə asılı olduğunu ortaya qoyan sensasion məlumat yayıb.

Məqalədə qeyd edilir ki, iki ölkə arasındakı kəşfiyyat əlaqələri o qədər dərindir ki, onları ayırmaq və ya ABŞ-ın rolunu əvəzləmək faktiki olaraq mümkünsüzdür.

ABŞ hökumətindəki adının açıqlanmasını istəməyən bir rəsminin sözlərinə görə, Britaniya ABŞ-ın kosmosdan əldə etdiyi təsvirləri təhlil edə bilir, amma bu məlumatları özü müstəqil şəkildə əldə etmək imkanına malik deyil.

"Politico" həmçinin vurğulayıb ki, Britaniyada təhlükəsizlik və müdafiə sahəsində həyata keçirilən bir çox texnoloji layihələr ABŞ tərəfindən maliyyələşdirilib. Daha sonra bu texnologiyalardan Vaşinqton və ya “Beş Göz” adlı kəşfiyyat alyansının digər üzvləri istifadə edib.

Xatırladaq ki, “Beş Göz” alyansına ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir və bu ölkələr arasında kəşfiyyat sahəsində sıx əməkdaşlıq mövcuddur.

"Politico"nun analitikləri hesab edir ki, bu asılılıq Britaniyanın strateji müstəqilliyini sual altına alır və ABŞ-la münasibətlərin gələcək forması London üçün həyati əhəmiyyət daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Aprel 2025

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR