İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın baş naziri təhlükəsizlik kəməri taxmadığı üçün cərimələndi

Böyük Britaniyanın Lankaşir əyalətinin polisi ölkənin baş naziri Rişi Sunaka təhlükəsizlik kəməri taxmadan avtomobil idarə etdiyinə görə cərimə bildirişi verib. Günahını etiraf edən hökumət başçısı cəriməni ödəməyə razılaşıb.

AzVision.az xəbər verir ki, Sunakın cərimələnməsi sosial mediada yayılan videodan sonra həyata keçirilib. Belə ki, Lankaşir polisinin "Twitter"də yazdığı məlumata əsasən, üzü görsənən şəxs avtomobilə oturarkən təhlükəsizlikl kəmərindən istifadə etməyib və 42 yaşlı londonludan cərimənin ödənilməsi xahiş edilib.

"Sky News"-ın məlumatına görə, mesaj Rişi Sunak haqqındadır. Belə ki, o, "İnstaqram" da dövlət maliyyəsini artırmaq üçün öz proqramını təbliğ ed video çəkib. Hadisədən dərhal sonra Sunak qanun pozuntusunu boynuna alıb. Daha sonra baş nazirlik rəsmi məlumat yayıb ki, o, cəriməni ödəyəcək.

Qeyd edək ki, Sunak hələ Böyük Britaniyanın maliyyə naziri olarkən, koronavirus pandemiyası zamanı özünütəcrid qaydalarını pozduğuna görə polisdən cərimələr alırdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR