Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Keir Starmer Devid Lammini yeni Leyboristlər hökumətində xarici işlər naziri təyin edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının Dəftərxanasından məlumat verilib.
Qeyd olunub ki, 51 yaşlı Lammi hüquqşünasdır. 1993-cü ildə o, London Universitetinin Şərq və Afrikaşünaslıq fakültəsini, 1997-ci ildə isə Harvard Hüquq Məktəbini bitirib.
“The Times” qəzeti yazır ki, Lammi 2005-ci ildə Harvard Universitetində keçirilən görüşdə tanış olduğu ABŞ-ın 44-cü prezidenti (2009-2017) Barak Obama ilə sıx əlaqədədir.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ