Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada “Tui” aviaşirkətinə məxsus təyyarə qu quşları ilə toqquşduqdan sonra qəza enişi edib.
Bu barədə “Daily Mail” yazır.
Qetvik aeroportundan Kabo-Verdeyə uçan təyyarə iki qu quşu ilə toqquşduqdan sonra məcburi eniş etməli olub. Hadisə təyyarə təxminən 300 metr yüksəklikdə olarkən baş verib.
Quşlar təyyarənin ön şüşəsini və elektron sistemlərini zədələyib.
İlkin qiymətləndirmələrə görə, təyyarənin təmiri 1 milyon funt sterlinqə başa gələcək və layner bir neçə həftə istismardan çıxarılacaq.//Report
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ