İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada atışma olub, ölən və yaralananlar var

Böyük Britaniyanın Mersisayd qraflığında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat yerli polisin saytında dərc olunub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın atıcı silahdan açılan atəş nəticəsində yaradan ölüb. Üç kişi xəstəxanaya aparılıb.

Şənbə günü yerli vaxtla saat 23:50 radələrində (03:50 - Bakı, bazar günü) atəş səsləri ilə bağlı məlumat aldıqdan sonra qraflıq polisi Liverpul yaxınlığında yerləşən “Lighthouse Inn” hotelinə çağırılıb.

Mersisayd hüquq-mühafizə orqanlarının əməkdaşları qətl işi ilə bağlı araşdırmalara başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR