Onlayn ictimai-siyasi qəzet
Britaniya XİN vətəndaşlarına: Livandan çıxın, vəziyyət fəlakətli ola bilər
Böyük Britaniya Xarici İşlər Nazirliyi Britaniya vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb. Musavat.com xəbər verir ki, nazirliyin vətəndaşlara müraciətində vəziyyətin tez bir zamanda pisləşə biləcəyi vurğulanır.
Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda həmçinin Livana səfərlərin də dayandırılması tövsiyə edilib.
Britaniya Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkədən avtomobil yolu ilə çıxış yollarının “təsirə məruz qala, məhdudlaşdırıla və bağlana biləcəyini” istisna etməyib.
Krallığın xarici işlər naziri David Lammy "Gərginlik yüksəkdir və vəziyyət sürətlə pisləşə bilər. Biz hələ də Livandakı konsulluğumuzu gücləndirmək üçün gecə-gündüz işləyirik və orada olan Britaniya vətəndaşlarına mesajım sadədir - indi tərk edin" deyib. O əlavə edib ki, “bu münaqişənin genişlənməsi heç kimin marağında deyil” və bunun nəticələrinin “fəlakətli ola biləcəyi” barədə xəbərdarlıq edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ