Onlayn ictimai-siyasi qəzet
“COP29-da iqlim yardımı üçün iddialı maliyyə hədəfinə nail olmağa çalışacağıq”.
Musavat.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunub ki, iqlim böhranının ön cəbhəsində olan inkişaf etməkdə olan ölkələrin tələbatını qarşılamaq üçün daha çox işlər görülməlidir:
“İqlim böhranının ön cəbhəsində olan inkişaf etməkdə olan ölkələrin tələbatını qarşılamaq üçün daha çox işlər görülməlidir. COP29-da iqlim yardımı üçün iddialı maliyyə hədəfi uğrunda mübarizə aparacağıq. Bakıda görüşərik!”, - deyə paylaşımda qeyd olunub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ