İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya və Norveçdən Ukraynaya PUA dəstəyi – 580 milyon dollarlıq hərbi paket təqdim edilir

Britaniya və Norveç PUA istehsalı üçün Ukraynaya 580 milyon dollar ayırmaq qərarına gəlib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, məlumatı Böyük Britaniya Müdafiə Nazirliyi açıqlayıb: "İki ölkə aprelin 11-də Brüsseldə Böyük Britaniya və Almaniyanın həmsədrliyi ilə Ukrayna tərəfdarlarının görüşündə mövcud maliyyə mənbələrindən 450 milyon funt sterlinq (580 milyon dollar) məbləğində birgə paket təqdim edəcək".

Agentlik qeyd edir ki, tədbirlər paketi həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidmətinin maliyyələşdirilməsinə kömək edəcək.
Böyük Britaniyanın müdafiə naziri Con Healey deyib: “Biz müharibəni unudaraq sülhü riskə ata bilmərik. Buna görə də bugünkü əsas tədbirlər paketi Ukraynanın cəbhədə döyüşməsinə dəstəyi artıracaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR