Onlayn ictimai-siyasi qəzet
Avropa bir neçə həftə ərzində ABŞ prezidenti Donald Trampa Ukraynaya dair hərbi plan təqdim edəcək.
Musavat.com-un məlumatına görə, Birləşmiş Krallıq və Fransa müharibədən sonra Ukraynada hərbçilərin yerləşdirilməsini əhatə edən kompleks plan hazırlayıb.
Planın məqsədi Trampı Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə inandırmaqdır. Böyük Britaniyanın müdafiə naziri Conni Hili Brüsseldə müttəfiqlərə bildirib ki, 200 hərbi planlaşdırıcı tərəfindən hazırlanmış bu sənəd Ukrayna qüvvələrinin "mümkün olan ən güclü çəkindirici qüvvə" kimi fəaliyyət göstərə bilməsi üçün konkret təkliflər irəli sürür.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ