Onlayn ictimai-siyasi qəzet
Britaniya şahzadəsi Endryunu zorlamada ittiham edən hüquq müdafiəçisi Virciniya Cuffre Qərbi Avstraliyanın Gingin bölgəsindəki fermasında ölü tapılıb.
Musavat.com xəbər verir ki, bu barədə onun ailəsinə istinadən NBC telekanalı məlumat yayıb.
Ailəsinin dediyinə görə, Cuffre 41 yaşında intihar edib: "O, həyatı boyu cinsi istismar və seks alverinin qurbanı olduqdan sonra öz həyatına qəsd etdi".
Qeyd edək ki, Britaniya şahzadəsi Endryu hüquq müdafiəçisi Virciniya Cuffrenin zorlama iddiaları ilə məşhurlaşıb. 2021-ci ildə Cuffre Endryuya qarşı federal məhkəmə iddiası qaldıraraq, 17 yaşı olanda onu cinsi istismara məruz qoyduğunu bildirib. Endryu 2022-ci ildə işi 12 milyon avro qarşılığında həll etməyə razılaşsa da, Cuffre ilə hər hansı intim münasibətdə olduğunu inkar edib.
2022-ci ildə Şahzadə Endryu Cuffrenin zorlama iddiaları ilə bağlı qalmaqala görə bir sıra titullarından məhrum edilib və Bukingem Sarayından qovulub.
Cuffre özünü həbsxanada intihar edən amerikalı maliyyəçi Cefri Epşteynin azyaşlı qurbanlarından biri kimi təqdim edib. Onun sözlərinə görə, Epşteyn onu intim münasibətə məcbur edən Şahzadə Endryu ilə tanış edib.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ