İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya rəhbər qadınların sayına görə dünyada ikinci yerə yüksəlib

Böyük Britaniya ölkənin aparıcı kompaniyalarında direktorlar şurasının rəhbəri vəzifəsini tutan qadınların sayına görə yalnız Fransadan geri qalır.

AZƏRTAC xəbər verir ki, Reuters agentliyi bu barədə məlumatında London Fond Birjasının məruzəsinə istinad edib.

Məlumata görə, aksiyaları London Fond Birjasında dövr edən ən iri 350 kompaniyanın rəhbərliyində qadınların payı 40,2 faizə bərabərdir. Halbuki 11 il əvvəl bu göstərici cəmi 9,5 faiz idi. Birləşmiş Krallıq 40 faizlik hədəfə 2025-ci ilədək çatmağı qarşısına məqsəd qoymuşdu.

2017-ci ildə qüvvəyə minən qanuna görə, kompaniya rəhbərliyində qadınların sayına 40 faizlik kvotanın tətbiq edildiyi Fransadan fərqli olaraq, Böyük Britaniyada zərif cinsin nümayəndələrini rəhbər vəzifələrə təyin etməklə bağlı məcburiyyət yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR