İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya ordusunun döyüş hazırlığı yoxlanılır - Müdafiə naziri

Böyük Britaniya qoşunlarının döyüş hazırlığını qiymətləndirir.

Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın müdafiə naziri Con Hili Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxış edərkən açıqlayıb. Onun sözlərinə görə, məqsəd münaqişədən sonrakı təhlükəsizlik təminatlarının bir hissəsi kimi qoşunların Ukraynaya mümkün yerləşdirilməsi variantına hazırlıqdır: "Silahlı qüvvələr baxımından mən hazırlıq səviyyəsini qiymətləndirirəm və hər hansı mümkün yerləşdirməyə hazırlaşmaq üçün lazımi maliyyənin ayrılmasını sürətləndirirəm".

Hili vurğulayıb ki, Böyük Britaniya Fransa ilə birlikdə Ukraynada “istəklilər koalisiyası”nın hərbi missiyası konsepsiyasını hazırlamağa davam edir: “30-dan çox ölkədən 200 hərbi planlaşdırıcı hava və dəniz məkanının qorunması və Ukrayna qoşunlarının təlimi daxil olmaqla, atəşkəs planlarının hazırlanmasına kömək edib”.

Nazir qeyd edib ki, bu həftə o, Fransa Silahlı Qüvvələr naziri Sebastien Lecornu ilə birlikdə Ukraynaya təhlükəsizlik təminatlarını müzakirə etmək üçün “istəkli” müdafiə nazirləri koalisiyasının iclasını keçirəcək. Bundan əlavə, o, gələn həftə Londonda İtaliya, Polşa, Ukrayna, Fransa və Almaniyanın müdafiə nazirlərinin görüşünün keçiriləcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR