İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatı: "Çeçenistan və Suriya "metod"u Mariupolda tətbiq edilir"

Ukrayna Silahlı Qüvvələrinin birgə müqaviməti rus hərbçiləri üçün ciddi sınaq oldu və bu Rusiyanın irəliləyişini ləngitdi. AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Kəşfiyyatçılar qeyd edirlər ki, rus komandirlər Mariupolun fəth edilməsinin nə qədər vaxt aparacağından narahatlıq keçirilər. Yəni prosesi proqnozlaşdırmaq çətinləşib.

"Bu müqavimət rus qoşunlarını ağır sınaqdan keçirdi, canlı qüvvə və texnikanı yayındırdı ki, bu da Rusiyanın başqa ərazilərə irəliləməsini ləngitdi. Mariupolun ələ keçirilməsi cəhdləri onun sakinlərinə xeyli itkilər bahasına başa gəlib. Böyük infrastruktur sahələri dağıdılıb", - məlumatda deyilir.

Britaniya kəşfiyyatının məlumatına görə, Mariupol daxilindəki yaşayış ərazilərinin hədəfə alınması Rusiyanın 1999-cu ildə Çeçenistanda və 2016-cı ildə Suriyada tətbiq etdiyi oxşar yanaşmadır.

“Amma Rusiya Müdafiə Nazirliyi fevralın 24-də şəhərlərə zərbələr endirməyəcəyi, Ukrayna əhalisini təhdid etməyəcəyi barədə bəyanatlar yaymışdı”, - kəşfiyyatçılar vurğulayıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR