Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Brilliant Dadaşova yeni “Get başqa birini tap” adlı layihəsini təqdim edib.
Musavat.com xəbər verir ki, sözləri nəğməkar şair Nəriman Abbaszadəyə, musiqisi bəstəkar-müğənni AISEL-ə aid olan mahnının aranjimanı Samir Soltanov, miks-masterinqi Ramin Ali, musiqi prodüseriyi isə İsmayıl Əsədova məxsusdur.
Ekran işinin rejissor kürsüsündə Royal Djafarov əyləşərək, sənətçini sonda nakam sevgisinə qalib gəlmiş obrazda təqdim edib. İfaçının ümumi görüntüsü və saç-makyajı Elnur Həsənovun peşəkar komandasına həvalə olunub.
Qeyd edək ki, ifaçı yaradıcılığının 40 illiyi münasibətilə 8 mart Bakı Konqres Mərkəzində verdiyi “Best of Brilliant” adlı canlı-solo konsertində mahnını ilk dəfə olaraq bəstəkarın özü ilə birgə duet şəklində təqdim etmişdi.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ