İnsanlara hürriyət, millətlərə istiqlal!

BRİKS-in vahid valyutası olacaq? Putin xüsusi açıqlama verdi

BRİKS hazırda vahid valyuta məsələsini müzakirə etmir.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin təşkilata üzv ölkələrin media nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, BRİKS-in vahid valyutası məsələsi müzakirə üçün “yetişməyib”.

Putin qeyd edib ki, assosiasiya çox diqqətli olmalıdır - xarici valyutalardan istifadənin genişləndirilməsi imkanları öyrənilərkən, tədricən, yavaş-yavaş hərəkət etməlidir.

Putinin fikrincə, vahid valyuta yaratmaqdan danışmaq üçün iqtisadiyyatların çox yüksək dərəcədə inteqrasiyası və onların müqayisə olunan keyfiyyətinə nail olmaq lazımdır.

O, bildirib ki, əks halda, birlik üzvləri vahid valyutanın dövriyyəyə buraxılması zamanı Avropa İttifaqında olduğundan daha böyük problemlərlə üzləşə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR