Onlayn ictimai-siyasi qəzet
“NATO-ya üzv ölkələr qarşıdakı 5 il ərzində hərbi arsenallarına 650 F-35 qırıcı təyyarəsi əlavə etməyi və ən azı 50 gəmi və sualtı qayıq hazırlamağı planlaşdırır”.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan qeyd edib.
“Növbəti 5 ildə NATO müttəfiqlərimiz hərbi arsenallarını modernləşdirmək üçün 650-dən çox beşinci nəsil F-35 qırıcıları, mindən çox hava hücumundan müdafiə sistemi, 50-yə yaxın döyüş gəmisi və sualtı qayıq, 1,2 min tank, 11,3 min döyüş maşını və 2 minə yaxın artilleriya sistemi hazırlayacaq”, - deyə Sallivan “The New York Times”dakı köşəsində bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Hind-Sakit okean regionundakı yaxın tərəfdaşlar da hərbi xərclərini artırırlar.
“Yaponiya 2027-ci ilə qədər milli təhlükəsizliyin maliyyələşdirilməsini iki dəfə, o cümlədən hərbi xərcləri 65% artırmağı öhdəsinə götürüb. 2022-ci ildə Cənubi Koreya 5 il ərzində müdafiəyə 260 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırdığını bildirib ki, bu da illik orta hesabla 6,8% artım deməkdir. Avstraliya isə 2025-ci ildə hərbi ehtiyacları üçün 37 milyard dollar pul ayıracaq”, - deyə Sallivan qeyd edib.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ