İnsanlara hürriyət, millətlərə istiqlal!

"Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir"

"Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir".

Musavat.com bildirir ki, bu sözləri Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Qurban Hüseyn Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar müşahidələri haqda danışarkən deyib.
Qurban Hüseyn qeyd edib ki, Azərbaycandakı seçkiləri müşahidə etməyə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov dəvət edib.

"Sizin insanlar olduqca xoşbəxtdir. Çünki Qarabağ 30 ildən sonra azad edilib və bunu insanların simasında hiss etmək olur. Buradakı təcrübəm olduqca xoşdur, seçicilərin çoxu səsvermədə iştirak etdi. Mən Şuşa və Füzulidəki seçkiləri müşahidə etdim. Azərbaycandakı seçki sistemi mənim ömür boyu öyrəşdiyim sistemlə, demək olar ki, eynidir. Bu, mənim xaricdə müşahidə etdiyim ilk seçki idi, ancaq heç bir sürpriz olmadı. Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir", deyə Qurban Hüseyn bildirib.

Qeyd edək ki, bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

Saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb.

Seçki məntəqələri bağlanaraq səslərin sayılmasına başlanılıb. Seçkilər 125 dairəni, ümumilikdə 6478 seçki məntəqəsini əhatə edib, 119 seçki dairəsi üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

Məlumata görə 6 421 960 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub.

Parlament seçkilərini izləmək üçün 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi (51 qurumdan, 69 ölkənin vətəndaşları) qeydiyyatdan keçib.

Onunda xatırladaq ki, Milli Məclisdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR