İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada ordudan kütləvi istefalar: Yüksək maaş artımı da dayandıra bilmir

Britaniya ordusunda hərbçilər istefa verir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb.

Nəşr yazır ki, təkcə son bir ildə 15 mindən çox insan xidmətdən ayrılıb, onlardan 8 min nəfəri şəxsi istəkləri ilə bunu edib.

Məlumata görə, maaşların rekord səviyyədə – 6% artırılmasına və əlavə ödənişlərə baxmayaraq, silahlı qüvvələrdə azalma davam edir. Ekspertlər maaş artımını kifayət qədər yüksək hesab etmir və qeyd edirlər ki, yeni hərbçilər hələ də ölkənin ən aşağı maaş alan dövlət qulluqçuları sırasındadır.

Böyük Britaniya tarixində ilk dəfə olaraq, ölkədə hər 1.000 nəfərə cəmi iki hərbçi düşür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR