İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada 100 min ictimai işçi tətilə hazırlaşır

Britaniyanın İctimai və Biznes Xidmətləri Birliyi (PCS) 24 dövlət qurumunda çalışan 100 min üzvünün əməkhaqqı, pensiya və iş təhlükəsizliyi ilə bağlı şikayətləri fonunda fevralın 1-də tətil edəcəklərini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkədə maaş artımlarının yüksək inflyasiyanı kompensasiya etməyə kifayət etməməsi səhiyyədən tutmuş dəmiryollarına qədər bir çox sektorda Britaniya işçilərini tətilə sürükləyir.

Minlərlə britaniyalı təcili yardım işçisi də dünənki tətillərinin ikinci gününü qeyd edib, Şotlandiyada müəllimlərin tətili məktəblərin bağlanmasına səbəb olub.

PCS-in baş katibi Mark Seruotka bu gün bir hökumət naziri ilə görüşəcəyini və həmkarlar ittifaqı üzvlərinə təklif olunan maaşların artırılması halında mübahisənin həll ediləcəyini söyləyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR