Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) Azərbaycana Səyahət Məsləhətlərini yeniləyib.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Musavat.com-a verilən məlumata görə, FCDO Azərbaycanın cənub-qərbinə səfərlərlə bağlı tövsiyəsini dəyişərək, əvvəlki “Səfər etməməyin tövsiyə olunduğu” səviyyəsindən “Ancaq zəruri hallarda səfər tövsiyə olunur” səviyyəsinə endirib.
Bildirilib ki, eyni zamanda, Ermənistanla sərhəddən 5 km-lik məsafəyə qədər olan ərazilərə səfər etməməklə bağlı tövsiyə dəyişməz olaraq qalır.
“Bu, bölgəyə səfər etməli olan Britaniya vətəndaşlarına daha dəqiq və obyektiv məlumat təqdim edir”, - deyə açıqlamada qeyd olunub.
Nigar HƏSƏNLİ,
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ