Onlayn ictimai-siyasi qəzet
Dörd böyük Avropa ölkəsinin xalqı Böyük Britaniyanı yenidən Avropa İttifaqına qəbul etməyə hazırdır, lakin bütün qitənin layihələrində tam iştirak etmək şərti ilə və keçmiş imtiyazlar olmadan.
Bunu “YouGov” şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
“The Guardian” qəzetinin dərc etdiyi araşdırma göstərib ki, Fransa, Almaniya, İtaliya və İspaniya sakinlərinin yarıdan çoxu britaniyalıların Aİ-yə qayıtmasına icazə verilməli olduğuna inanır. Bu ideyanı ən çox Almaniya vətəndaşları (63%), ən az isə italyanlar (51%) dəstəkləyir.
Lakin sorğu iştirakçıları Londonu əvvəlki şərtlərlə ittifaqda gömək istəmir. Belə ki, Britaniya Aİ-nin üzvü olarkən nə avro zonasına, nə də Şengen zonasına daxil olmayıb.
Belə olan halda, İtaliya və Fransada respondentlərin yalnız 19%-i, İspaniyada 21%-i və Almaniyada 22%-i Böyük Britaniyanı Aİ-nin tərkibində görməyə razıdır. Sorğu iştirakçılarının 58-62%-i hesab edir ki, London əvvəllər olduğu kimi öz imtiyazlarını və xüsusi statusunu itirməlidir.
Sorğu iştirakçılarının sayı və onun keçirilmə tarixləri göstərilmir.
Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib.Britaniyalıların 51,9%-i üzvlüyün dayandırılmasının lehinə, 48,1%-i əleyhinə səs verib. Bir neçə il davam edən danışıqlardan sonra Böyük Britaniya 2020-ci il fevralın 1-nə keçən gecə Aİ-ni tərk edib./Report
15 Iyul 2025
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ