İnsanlara hürriyət, millətlərə istiqlal!

Bosniyada separatçı kremlpərəst qüvvələr seçkilərdə qalib gəlir-Balkanlarda yeni təhlükə  

Putinin Ukraynadakı müharibəsini dəstəkləyən Rusiyayönlü siyasətçi Milorad Dodik Bosniya və Herseqovinanın tərkibində dövlət qurumu olan Serb Respublikasında prezident seçkilərində qalib gəlir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Milorad Dodik 48,8%, onun rəqibi Jelena Triviç isə 42,6% səs toplayıb. Namizədlər arasında təxminən 30 min səs fərqi var.

Qeyd edək ki, Milorad Dodik Serb Respublikasının Bosniya və Herseqovinanın tərkibindən çıxmasını istəyən separatçı lider sayılır.

Dodik Rusiya prezidenti Vladimir Putinin açıq tərəfdarıdır və onunla görüşmək üçün seçkilər ərəfəsində Moskvaya gedib. Serb lider Rusiyanın Ukraynada keçirdiyi psevdoreferendumun nəticələrinə hörmət göstərəcəyini vəd edib. Bundan başqa M.Dodik Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini və bununla bağlı Rusiyanın təbliğatını açıq şəkildə dəstəkləyir.

Xatırladaq ki, hələ bir neçə il bundan öncə Avropa mətbuatı Rusiya xüsusi xidmət orqanlarının Bosniyadakı serbləri silahlandırdığı barədə məlumatlar verirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR