Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) Rusiyaya dəstək verdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrell deyib.
Onun sözlərinə görə, məhdudiyyətlər aviasiya sektoruna, eləcə də dron və ballistik raketlərin hazırlanması proqramlarının iştirakçılarına təsir edəcək.
J.Borrell “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, Aİ İran istehsalı olan ballistik raketlərin Rusiyaya ötürülməsini qətiyyətlə pisləyir: “Biz ballistik raketlərin və pilotsuz uçuş aparatlarının yaradılması üzrə İran proqramlarına qarşı dərhal yeni tədbirlər görəcəyik”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ