İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Tadiç: “Serbiya münaqişədən sonrakı dövrdə tərəflər arasında barışığa töhfə verə bilər”

“Serbiya Azərbaycanın strateji tərəfdaşı kimi işğaldan azad edilmiş torpaqların bərpasına bir çox aspektlərdə töhfə verə bilər”.

Musavat.com xəbər verir ki,bunu "Report"a açıqlamasında Serbiyanın eks-prezidenti Boris Tadiç deyib.

O bildirib ki, ölkəsi məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması probleminin həlli ilə bağlı öz təcrübəsini bölüşə bilər: “Serbiya keçmiş münaqişə tərəfləri arasında barışıq məsələsində də yardım göstərə bilər, çünki bu, regionda sülhün və gələcək birgə yaşayışın çox mühüm aspektidir”.

B.Tadiç hazırkı enerji böhranından danışaraq təəssüflə qeyd edib ki, Serbiya enerji qovşağı deyil.

O bildirib ki, buna görə də ölkəsi Xəzər dənizinin təbii qazını Avropaya çatdıran, Azərbaycan və onun tərəfdaşları tərəfindən inşa edilən qaz kəmərlərinə qoşulmaq üçün interkonnektorlardan istifadə etməyə məcburdur.

"Mən prezident olarkən belə bir ideyam var idi: bütün qaz dəhlizlərinin Serbiyadan keçməsinə nail olmaq və ölkəni Cənub-Şərqi Avropa üçün enerji qovşağına çevirmək", - sabiq dövlət başçısı vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR