İnsanlara hürriyət, millətlərə istiqlal!

Boreldən XƏBƏRDARLIQ: “Putin Ukraynanın bir hissəsi ilə kifayətlənməyəcək”

“Rusiya imperiya siyasi kimliyinə malikdir, ona görə də həmişə Avropa xalqları üçün təhlükə olaraq qalacaq”.

Musavat.com xəbər verir ki, bunu “The Guardian” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel deyib.

Onun sözlərinə görə, Rusiya başlatdığı müharibə ilə Avropa İttifaqının mövcudluğunu təhlükə altına qoyub.

“Bəlkə də elə məqamdır ki, demokratiyamızı təhdid edən, təkcə Ukraynanı deyil, Avropanın özünü də təhdid edən böyük dövlətin yaratdığı təhlükəyə baxmaq lazımdır. Əgər kursu tez dəyişməsək, hamını səfərbər etməsək, Putin Ukraynadakı müharibədə qalib gələcək”, - deyə Cozep Borel qeyd edib.

Onun sözlərinə görə, Putin Ukraynanın bir hissəsi ilə kifayətlənməyəcək.

“Qərb uzun müddət ərzində yüksək intensivli münaqişəyə hazırlaşmalıdır”, - deyə avropalı diplomat bildirib.

“Rusiya heç vaxt milli dövlət ola bilməz. O, həmişə çar, sovetlər dövründə, indi də Putinlə imperiya olub. Bu, Rusiyanın və onun siyasi kimliyinin dəyişməzliyidir, nəticədə qonşuları üçün təhlükədir - xüsusən də bizə”, - deyə Cozep Borel qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR