İnsanlara hürriyət, millətlərə istiqlal!

Borel: “BMT-nin qətnaməsi Rusiyanın Ukraynaya təcavüzünü bir daha təsdiqləyib”

“BMT-nin qətnaməsi Rusiyanın Ukraynaya təcavüzünü bir daha təsdiqlədi. 141 ölkə Avropa İttifaqı və onun üzv dövlətləri ilə birlikdə səsvermədə iştirak edərək Rusiyanın Ukrayanada apardığı işğalı dayandırmağa çağırdı”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Rusiya BMT-nin nizamnamələri ilə diqqətləri yayındırmaq və pozmaq üçün bütün yollardan istifadə etməyə çalışdı, bir daha uğursuz oldu. Dünyanın gözündə onların təcavüzü bir daha təsdiqləndi. Ukrayna ayağa qalxmalıdır, biz dayanıqlı və hərtərəfli sülhü təmin etmək üçün Ukraynaya dəstəyimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya başlatdığı genişmiqyaslı müharibəsinin birinci ildönümündə 193 üzvdən ibarət BMT Baş Assambleyası Rusiya qoşunlarının Ukraynadan qeyd-şərtsiz çıxarılmasını tələb edən təklifi səsverməyə çıxarıb və qətnamə 141 ölkə tərəfindən dəstək alıb, Moskvanı yalnız 7 üzv ölkə dəstəkləyib, 32 ölkə isə bitərəf olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR