Onlayn ictimai-siyasi qəzet
Çuvaşiyanın Kanaş şəhərində mağaza sahibini öldürən qatil - Şaxta baba paltarı geyinən şəxsin kimliyi məlum olub. O, 71 yaşlı yerli iş adamı olub.
Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, iş adamı mağaza sahibini borc üstündə öldürüb.
Məlum olub ki, Kanaşda mağaza sahibinin qətlində təqsirləndirilən şəxs “Fortuna” ticarət mərkəzinin keçmiş sahibi, Çuvaşiyada tanınmış sahibkar 71 yaşlı Valeri V.-dir. Yerli mediada yayılan məlumata görə, faciəyə səbəb 54 yaşlı mağaza sahibinin qaytarmadığı iddia edilən borc olub.
Valeri V. Kanaş yaxınlığındakı Vutabosi kəndindəki evində saxlanılıb. Əvvəllər o, bir çox yerli sahibkarlarla əməkdaşlıq edərək bizneslə fəal məşğul olub.
Xatırladaq ki, qətl hadisəsi mağazada baş verib və orada Şaxta baba kostyumu geyinmiş şəxs içəri girib və marketin sahibi ilə qısa söhbətdən sonra onu qoşalülə tüfəngdən atəş açaraq güllələyib.
Hadisə geniş rezonans doğurub və istintaq orqanları “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi açıblar.
Musavat.com
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ